AZ

Press TV : Çeçenlər İrana qurudan müdaxilə halında dəstəyə hazırdır

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Çeçenistanın hərbi bölmələri ABŞ-nin İrana qurudan müdaxiləsi baş verəcəyi təqdirdə, İran Silahlı Qüvvələrinə dəstək məqsədilə bu ölkədə yerləşməyə hazır olduqlarını bəyan ediblər.

Ölkə.Az xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova sadiq qüvvələr ABŞ və İsrailin İran İslam Respublikasına qarşı apardığı hazırkı müharibəni "dini müharibə" kimi xarakterizə edirlər.

Onlar İrana tərəf birbaşa hərbi müdaxilə ehtimalını "cihad" – yəni İranı ABŞ qüvvələri və müttəfiqlərindən qorumaq üçün aparılan "xeyirin şər üzərindəki döyüşü" kimi təsvir edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
olke.az

3Mənbələr