Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
London, 31 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafındakı məhdudiyyətlər səbəbindən yanacaq təchizatında çətinlik yaşayan ölkələrə sərt mesaj verib.
AZƏRTAC xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, Böyük Britaniya kimi ölkələr cəsarət göstərərək Hörmüz boğazına getməli və nefti özləri götürməlidir: “İran əməliyyatında iştirakdan imtina edən və Hörmüz boğazındakı məhdudiyyətlər səbəbindən aviasiya yanacağı əldə etməkdə çətinlik çəkən ölkələrə, o cümlədən Böyük Britaniyaya belə bir təklifim var: birincisi, yanacağı ABŞ-dən alın, bizdə kifayət qədər var; ikincisi isə, gecikmiş cəsarətinizi toplayın, boğaza gedin və öz neftinizi özünüz götürün”.
Daha bir paylaşımında isə Tramp Fransanı da tənqid edib. Onun sözlərinə görə Fransa İsrailə hərbi təchizat daşıyan təyyarələrin öz hava məkanından keçməsinə icazə verməyib. Tramp Fransanın İranla bağlı məsələdə çox aciz davrandığını bildirib və ABŞ-nin bunu unutmayacağını vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.