Türkiyənin "Fənərbağça" futbol klubunun prezidenti Sadettin Saran yol-nəqliyyat hadisəsinə məruz qalıb.
Rekord.az yerli mediaya istinadən məlumat verir ki, İstanbul təmsilçisinin rəhbəri "Chobani" stadionuna yollanarkən Ataşehir rayonunda avtomobil qəzasına düşüb.
Hadisədən sonra Sadettin Saranın səhhətinin qaydasında olduğu açıqlanıb. Baş verən yol qəzasında klub prezidentinin sürücüsü yüngül xəsarət aldığı bildirilir.