AZ

İranın Kirmanşah şəhəri raket hücumuna məruz qalıb, ölənlər var

ABŞ və İsrail ordusunun İranın Kirmanşah vilayətində yaşayış məntəqəsinə raket hücumu nəticəsində 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

"Kirmanşahın Şəriəti məhəlləsindəki yaşayış ərazisinə edilən raket hücumunda 3 nəfər həlak olub",- məlumatda bildirilib və əlavə edib ki, dağıntılar altından iki nəfər sağ çıxarılıb.

Qeyd olunub ki, 9 fərdi yaşayış evi dağılıb, 30-a yaxın mənzil zədələnib.

Seçilən
27
far.az

1Mənbələr