Naxçıvan, 31 mart, AZƏRTAC
Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Əjdər Əliyev çıxış edərək, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsinin iclasın gündəliyinə daxil edildiyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri Reyhanə Əsgərova, Maliyyə və büdcə məsələləri şöbəsinin müdiri Tural Şirəlizadə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” barədə məlumat verib, səsləndirilən fikirlərə münasibət bildirib, deputatların suallarına aydınlıq gətiriblər.
Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” Ali Məclisin müzakirəsinə tövsiyə olunub.
Müxbir- Nail Əsgərov