AZ

Britaniya Kralı ABŞ-yə dövlət səfəri edəcək

London, 31 mart, AZƏRTAC

Böyük Britaniya Kralı III Çarlzın və Kraliça Kamillanın ABŞ-yə dövlət səfərinin bu ilin aprel ayında baş tutacağı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb. Bildirilib ki, səfərin 27–30 aprel tarixlərini əhatə edəcəyi gözlənilir.

ABŞ prezidenti Donald Tramp sosial media hesabında bildirib ki, aprelin 28-də Ağ Evdə təntənəli ziyafət təşkil olunacaq. O, birinci xanım Melaniya Tramp ilə birlikdə Kralı qarşılamaqdan məmnun olacağını qeyd edib. Səfər çərçivəsində Kral III Çarlzın ABŞ Konqresində çıxışı da gözlənilir.

Qeyd edək ki, ABŞ bu il müstəqilliyinin 250 illiyini qeyd edir. Bukingem Sarayı səfərin iki ölkə arasında tarixi əlaqələrin inkişafına və müasir ikitərəfli münasibətlərə xidmət edəcəyini bildirib. Səfərdən sonra Kralın Britaniyanın dənizaşırı ərazisi olan Bermud adalarına da səfəri planlaşdırılır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
18
3
azertag.az

4Mənbələr