Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Avtomobillərdə qısaqapanmaların yaranması elektrik sistemindəki nasazlıqlarla bağlıdır və bu, qəfil yanğınlara səbəb ola bilər. Xüsusilə naqillərin izolyasiya qatının zədələnməsi sürtünmə, yüksək temperatur və ya mexaniki təsirlər nəticəsində baş verə bilər. Belə halların qarşısını almaq üçün sürücülər müntəzəm texniki baxış keçirməli, elektrik sistemində çatlar və korroziya əlamətlərini yoxlamalıdırlar.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qısaqapanmalar əsasən avtomobilin elektrik avadanlıqlarına və cihazlarına qeyri-peşəkar müdaxilələr nəticəsində baş verir. "İstehsalçı tərəfindən tövsiyə olunmayan elektrik cihazlarının, lampaların və digər işıq avadanlıqlarının avtomobilə quraşdırılması müxtəlif problemlərə səbəb ola bilər. Bu problemlər arasında qısaqapanmalar, cihazların düzgün işləməməsi və digər elektrik xətaları yer alır. Əsas tövsiyə isə belədir ki, avtomobil istehsalçısı müəyyən cihazların quraşdırılmasını tövsiyə etməyibsə və ya bu cihazlar sənaye üsulu ilə avtomobilə inteqrasiya edilməyibsə, onları avtomobilə əlavə etmək müəyyən təhlükələr və funksional problemlər yarada bilər. Buna görə də, avtomobilin elektrik sisteminə hər hansı əlavə və ya dəyişiklik etməzdən əvvəl istehsalçının tövsiyələrinə riayət etmək vacibdir".Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtda "Hyundai" alışıb, yanğın yaxınlıqdakı maşınlara da keçib.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.