AZ

Xameneinin yeri açıqlandı

Müctəba Xamenei İrandadır, lakin ictimaiyyət qarşısına çıxmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov deyib. 

Jurnalist: İranın yeni Ali Lideri Müctəba Xamenei ilə hər hansı bir əlaqəniz olubmu? Əldə etdiyiniz məlumata görə, o, İrandadır?

Dedov: İslam Respublikasının yeni Ali Lideri ilə hələlik heç bir əlaqə olmayıb. Lakin qeyd edirəm ki, Vladimir Vladimiroviç Putin Müctəba Xameneiyə təbrik teleqramı göndərən ilk şəxslərdən biri olub və Tehrana sarsılmaz dəstəyini və iranlı dostları ilə həmrəyliyini bildirib. İran rəhbərliyinin dəfələrlə bildirdiyi kimi, yeni lider İrandadır, lakin məlum səbəblərə görə o, ictimaiyyət qarşısına çıxmaqdan çəkinib".

Seçilən
1
3
bakivaxti.az

4Mənbələr