AZ

"İnter" müdafiə xəttini Rikkardo Kalafiori ilə gücləndirmək istəyir

İtaliyanın "İnter" klubu heyətində ciddi rotasiya etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, "TuttoMercatoWeb" portalının yaydığı məlumata görə, Milan təmsilçisi "Arsenal"ın italiyalı müdafiəçisi Rikkardo Kalafiorini hədəfə alıb.

"Neradzurri" Alessandro Bastoninin klubdan ayrılacağı təqdirdə, onu məhz Kalafiori ilə əvəzləməyi planlaşdırır. Bastoninin satışından əldə olunacaq vəsaitin bir hissəsinin bu keçid üçün xərclənməsi nəzərdə tutulur.

Karyerasını yenidən mərkəz müdafiəçisi kimi davam etdirmək istəyən 23 yaşlı futbolçu üçün "İnter" variantı olduqca cəlbedici görünür.

London klubunda əsas heyətə düşməkdə çətinlik çəkən italiyalı müdafiəçinin yenidən A Seriyasına qayıtması ehtimalı yüksəkdir.

Seçilən
14
2
fanat.az

3Mənbələr