AZ

Azərbaycan banklarında dayanıqlı ekosistem formalaşdırılması müzakirə edilib

Çində Azərbaycanın bank sektorunda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması müzakirə edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

Məlumata görə, qurumun baş direktoru Şahin Mahmudzadə Çinin paytaxtı Pekində keçirilən “Qlobal Cənub Maliyyəçiləri Forumu 2026” tədbirində açılış nitqi ilə çıxış edib. O, AMB-nin dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması və maliyyə institutlarının dayanıqlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərdən danışıb, “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026”, Yaşıl taksonomiyanın tətbiqi, ekoloji, sosial və idarəetmə (ESİ) risklərinin tənzimləyici çərçivəyə inteqrasiyasına və maliyyə institutlarının dayanıqlılığının artırılmasına dair görülən işləri diqqətə çatdırıb.

Beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayan Ş.Mahmudzadə beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilən qlobal taksonomiyaların uyğunlaşdırılması və müqayisəliliyinin artırılmasına yönəlmiş təşəbbüsü vurğulayıb.

Seçilən
12
2
banker.az

3Mənbələr