AZ

Trampın yeni fikri: Hörmüz boğazı diplomatiya ilə açılacaq – WSJ yazır

Donald Tramp və köməkçiləri Hörmüz boğazının açılmasının İranla münaqişəni xeyli uzadacağı qənaətinə gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən “Wall Street Journal” nəşri yazıb.
Qəzet yazır ki, ABŞ boğazın açılmasına Tehrana diplomatik təzyiq göstərməklə nail olmaq niyyətindədir və uğursuzluq halında müttəfiqlərin səylərə rəhbərlik etməsini tələb edəcək.

Yazıda Trampın öz köməkçilərinə Hörmüz boğazının gəmiçilik üçün bağlı qalsa belə, İrana qarşı hərbi kampaniyaya son qoymağa hazır olduğunu dediyi qeyd edilir.

WSJ-nin məlumatına görə, Tramp qərara gəlib ki, ABŞ əsas məqsədlərə - İran donanmasını zəiflətmək və raket ehtiyatlarını məhv etmək – çatan kimi, hərbi əməliyyatlar dayandırılacaq.

Mənbələr iddia edir ki, Tramp boğazın açılması üçün birbaşa hərbi variantları nəzərdən keçirə bilər, lakin bunlar onun prioriteti deyil.

"Boğaz nə qədər bağlı qalsa, dünya iqtisadiyyatını bir o qədər çox qeyri-sabitləşdirəcək və benzin qiymətlərini artıracaq. ABŞ-nin müttəfiqləri də daxil olmaqla bir çox ölkələr bir vaxtlar boğazdan keçən enerji təchizatının çatışmazlığından əziyyət çəkir. Qida yetişdirmək üçün gübrələrdən və ya kompüter çipləri hazırlamaq üçün heliumdan asılı olan sənaye sahələri çatışmazlıq yaşayır", - deyə WSJ qeyd edir.

Nəşrin müsahibə aldığı analitiklərə görə, təhlükəsiz gəmiçilik tez bir zamanda bərpa olunmasa, ABŞ və müttəfiqləri İranla müqavilə bağlayana və ya böhranı güc yolu ilə həll edənə qədər Tehran dünya ticarətini təhdid etməyə davam edəcək.

Xatırladaq ki, dünən Tramp Tehranın tezliklə Hörmüz boğazını açmayacağı təqdirdə İrandakı bütün elektrik stansiyalarını və neft quyularını partlatmaqla və "tamamilə" məhv etməklə hədələmişdi.
Bu gün gələn xəbərlər isə əsasən Höyrmüz boğazınını diplomatic vasitələrlə açılması variantının üstünlük qazandığı yönündədir.

Musavat.com

 

Seçilən
27
1
musavat.com

2Mənbələr