AZ

Bakı niyə hər dəfə eyni ssenarini yaşayır? Paytaxtın su altında qalmasının səbəbləri

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Bakı və ətraf ərazilərdə hər dəfə yağan güclü, leysan xarakterli yağışlar ciddi problemlər yaradır. Qısa müddətdə yollar su altında qalır, nəqliyyatın hərəkəti çətinləşir və şəhər həyatı demək olar iflic olur. Bu vəziyyət infrastrukturun yetərsizliyi və su axınının düzgün idarə olunmaması ilə əlaqələndirilir. Bəs niyə hər güclü yağışdan sonra eyni problemlər təkrarlanır və bunun qarşısını almaq üçün hansı real və dayanıqlı həllər tətbiq olunmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Coğrafiya üzrə fəlsəfə doktoru, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov məsələnin iki amillə bağlı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, birinci amil ondan ibarətdir ki, yağan yağışlar aylıq normanın 5 qatı olub. Bu o deməkdir ki, il ərzində düşə biləcək yağıntıların təxminən üçdə biri çox qısa müddət ərzində düşüb: “Bu isə, əlbəttə ki, çox təhlükəli təbiət hadisəsi kimi öz fəsadlarını göstərib.Digər tərəfdən isə əsas məsələ cavab reaksiyasıdır. Fəlakət risklərinin idarə olunmasında belə bir yanaşma mövcuddur: istənilən təbiət hadisəsi baş verir və vacib olan ona verilən reaksiyadır, yəni hadisəni necə qarşılamaq və hazırlıq səviyyəsinin hansı durumda olmasıdır. İkinci məsələ məhz bu hazırlıq səviyyəsi ilə bağlıdır. Yəni cavab reaksiyasında mövcud olan yetərsizliklər diqqət çəkir.Bu yetərsizliklər nə ilə əlaqədardır? Su basmalarının əksəriyyəti həyət evlərində baş verib”.

Eksperq bildirib ki, su basmaları müşahidə edilən həyət evləri əsasən özbaşına tikilib və həmin ərazilərdə yağış sularını idarə edən sistemlər mövcud deyil: “Buna görə də belə vəziyyət yaranıb. Xüsusilə iri hasarların olduğu yerlərdə su axmağa yer tapmır. Çünki ev sahibləri tikinti zamanı bütün su axınlarını küçəyə yönləndiriblər və suyun geri qayıtması üçün alternativ yol yoxdur. Əksər həyət evləri küçə səviyyəsindən hündürdə yerləşir, yəni həyətlər qaldırılıb ki, su küçəyə axsın.Bu isə ikinci mühüm məsələdir: son 30 ildə Abşeron rayonunda özbaşına məskunlaşma geniş yayılıb. Bu prosesdə bələdiyyələrin fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onlar müxtəlif ərazilərdə torpaq satıb, evlər tikilib. Evlər tikildikdən sonra isə sakinlər infrastruktur problemləri ilə üzləşiblər: işıq yoxdur, kanalizasiya sistemi yoxdur, su təchizatı zəifdir və s.

Baş verən anormal yağıntı sırf iqlim məsələləri ilə bağlıdır. İqlim dəyişməsi baş verir və bu, ekstremal hava hadisələrinin tezliyini və intensivliyini artırır. Nəticədə ekstremal hadisələr yaranır. Yəni il ərzində düşən yağıntı çox qısa müddətdə düşür. Yaxud ay ərzində düşməli olan yağıntı bir gün ərzində müşahidə olunur”.

Oğuz Ayvaz  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
azpolitika.info

1Mənbələr