Braziliya futbol millisinin hücunçusu Vinisius Juniorun sevgilisi Virciniya Vanderli futbolçunu tək qoymayıb.
İdman.Biz xəbər verir ki, model Braziliya seçməsinin ABŞ-də keçirəcəyi yoldaşlıq oyunları çərçivəsində komandanın məskunlaşdığı oteldə görüntülənib.

Virciniyanın millinin düşərgəsinə gəlişi maraqlı bir detallı ilə diqqət çəkib. Belə ki, bu səfərə Vinisiusun klubdakı məşqçisi Karlo Ançelotti şəxsən razılıq verib. Təcrübəli mütəxəssis futbolçusunun psixoloji durumunun və motivasiyasının yüksək olması üçün bu görüşə yaşıl işıq yandırıb.
