AZ

Pasxa öncəsi Qüdsdə kilsə böhranı: Netanyahu geri çəkildi

Pasxa bayramı ərəfəsində Qüdsdə yerləşən Müqəddəs Məqbərə Kilsəsində yaranan gərginlik İsrail hökumətini beynəlxalq tənqidlərlə üz-üzə qoyub.

Publika.az "BBC"yə istinadən xəbər verir ki, İsrail polisi Qüdsün Latın Patriarxı, kardinal Pierbattista Pizzaballa və keşiş Françesko İelponun "Palm bazar” mərasimi üçün kilsəyə girişinə mane olub.

Patriarxlığın açıqlamasında bildirilib ki, ruhanilər geri qayıtmağa məcbur edilib və bu, "əsrlər sonra ilk belə hal" kimi qiymətləndirilib.

Hadisədən sonra mərasim Qüdsdəki Zeytun dağında yerləşən Bütün Millətlər Bazilikasında keçirilib. Kardinal Pizzaballa çıxışında Qüds üçün kədərini ifadə edib.

İsrail Baş Nazirinin Ofisi hadisəni təhlükəsizlik səbəbləri ilə izah edərək, qərarın pis niyyət daşımadığını bildirib. Buna baxmayaraq, bir sıra Qərb liderləri sərt reaksiya verib.

Seçilən
41
1
publika.az

5Mənbələr