AZ

Yermak Zelenskidən çox maaş alıb

Ukrayna Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermak 2025-ci ildə 1.27 milyon qrivnadan (təxminən 50 000 manat) çox qazanıb ki, bu da Prezident Vladimir Zelenskinin qazancından çoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Qlavkom” nəşri siyasətçinin rəsmi gəlir bəyannaməsinə istinadən məlumat yayıb.

Buraya maaş, istifadə olunmamış məzuniyyət vaxtına görə kompensasiya və əmanətlər üzrə faizlər daxildir.

Yermakın maaşı təxminən 533 700 qrivna (20 700 manat), məzuniyyət kompensasiyası 213 700 qrivna (8 300 manat), faiz gəliri isə 528 000 qrivna (20 400 manat – red.) təşkil edib. Ümumilikdə bu, ildə 50 000 manata bərabər olan 1.27 milyon qrivna təşkil edib. Bu, Zelenskinin rəsmi gəliri olan 336 min qrivnadan (təxminən 13 000 manat) xeyli çoxdur.

Qeyd edək ki, Andrey Yermak 2025-ci ilin noyabr ayının sonunda Ukrayna Prezident Aparatının rəhbəri vəzifəsindən istefa verib. Bu, korrupsiyaya qarşı mübarizə qurumlarının “Minditchgate” qalmaqalı çərçivəsində apardığı axtarışlardan sonra baş verib.//oxu.az

Seçilən
7
4
nocomment.az

5Mənbələr