AZ

"Rusiyaya Ukraynada atəşkəs əvəzinə davamlı sülh lazımdır" - Peskov

Rusiya Ukrayna münaqişəsində müvəqqəti atəşkəsi qəbul etmir və Ukraynada davamlı sülhə çağırır. Buna görə də Vladimir Zelenski məsuliyyəti öz üzərinə götürməli və münaqişənin həllinə çalışmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Peskov mətbuat brifinqində bildirib ki, "bir daha təkrar edirik: Zelenski məsuliyyəti öz üzərinə götürməli və atəşkəsə deyil, sülhə nail olmaq üçün müvafiq qərarı verməlidir".

Peskov həmçinin Zelenskinin Pasxa atəşkəs təklifinin əslində açıq bir təşəbbüs olmadığını söyləyib.

O, Zelenskinin oxuduğumuz açıqlamalarda “Pasxa atəşkəsi” ilə bağlı aydın şəkildə ifadə olunmuş bir təşəbbüs görmədiyini qeyd edərək, Zelenskinin dərhal atəşkəs yox, dinc bir həll yolu axtarmalı olduğunu, çünki Kiyev üçün sülhün qiyməti daha da artacağını təkrarlayıb.

Peskov vurğulayıb ki, "Zelenski davamlı dinc nizamlanmaya nail olmaq üçün vaxtında qərar verə bilər və verməlidir. Bu qərarın təxirə salınması ağır başa gələcək".

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
38
1
redaktor.az

2Mənbələr