AZ

Adilbek Kasımalıyev Azərbaycana işgüzar səfərə gələcək

Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev 1-2 aprel tarixlərində Azərbaycana işgüzar səfər edəcək.

XQ xəbər verir ki, bu barədə ölkənin nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Nazirlər Kabinetinin rəhbəri Adilbek Kasımalıyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçıları/vitse-prezidentlərinin ikinci görüşündə iştirak edəcək.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Seçilən
17
xalqqazeti.az

1Mənbələr