AZ

Bayram günlərində baş verən qəzaların SAYI

Ramazan və Novruz bayramları ilə əlaqədar 11 gün qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxt ərazisində baş verən qəzaların böyük əksəriyyəti piyadaların vurulması ilə bağlı olub. Toqquşma və aşma ilə xarakterizə olunan hadisələr isə əsasən avtomagistrallarda və rayonlararası yollarda baş verib.

Aparılan müşahidələr göstərir ki, hadisələrin başvermə səbəbləri sırasında sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, sükan arxasında mobil telefondan istifadə, eləcə də piyadaların yolu keçərkən diqqətsiz davranışları üstünlük təşkil edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir iştirakçının qaydalara ciddi riayət etməsindən, diqqətli və məsuliyyətli davranışından asılıdır. Qaydaların pozulması isə istənilən vaxt ağır nəticələrə səbəb ola bilər.

Seçilən
15
8
bakivaxti.az

9Mənbələr