AZ

“O, mənim nəvəmin namusuna toxunmağa çalışıb, ölməli idi” ŞOK İFADƏ

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə  prosesi keçirilib.

Lent.az xəbər verir ki, təqsirləndirilənin hüquqlarını müdafiə edən vəkil vəsatət verərək, şahidlərin ifadələrində iş üzrə müəyyən həssas məqamların olduğunu deyərək, prosesin mediaya qapalı keçirilməsini məhkəmədən istəyib.

Daha sonra müdafiə vəkili vəsatət verərək, N. Məhərrəmova ilə birlikdə təcridxanada  saxlanılan qadınların müraciətini təqdim edərək, onun  psixoloji problemlərinin olduğunu əsas gətirərək müalicəyə cəlb olunmasını məhkəmədən istəyib.

Təqsirləndirilən Nəcəf Qafarov məhkəməyə "Mən Ədili öldürən olsaydım, 2023-cü ildən öldürərdim. Qatil məlumdur, siz əsas onu tutun. Ədil mənim xəstə nəvəmin namusuna toxunmağa çalışıb, ölməli insan idi. Əgər çöldə olsaydım, sizin (zalda əyləşən zərərçəkənlərə işarə edərək) nəslinizi kəsərdim"-deyib.

Məhkəmə tərkibi yerində müşavirə edərək, şahidlərin çağırılması ilə bağlı vəsatətə baxılmamış saxlanılmasını elan edib.

Növbəti proses 14 aprel saat 16:00-a təyin edib.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il  aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
lent.az

1Mənbələr