AZ

İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? DOĞRU CAVAB

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtosfer.az saytı dayanma-durma qaydası ilə bağlı yeni sualı və qalib olmuş oxucunun adını təqdim edir.

İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur?

1) Sarı və qırmızı

2) Yaşıl və boz

3) Sarı, yaşıl və boz

4) Qırmızı, sarı və boz

5) Ancaq yaşıl

Doğrucavab: 4) Qırmızı, sarı və boz

İzah: "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinə görə, ikitərəfli yolların sol tərəfində nəqliyyat vasitələrinin dayanması və durması qadağandır. Bu səbəbdən solda dayanmış sarı və boz rəngli avtomobillərin sürücüləri qayda pozmuş hesab olunur. Sağ tərəfdə isə lövhəciklə birlikdə quraşdırılmış nişanın mənası bildirir ki, nişanın qüvvəsi oxla göstərilmiş yerə qədərdir. Bu lövhəciklə vurulan nişanı keçdikdən sonra dayanmaq olar. Təqdim etdiyimiz şəkildə dayanan yaşıl rəngli avtomobildir.

Sualın ilk düzgün cavabını verən Rüstəm Kazımxanov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı. 

Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!

Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
avtosfer.az

1Mənbələr