AZ

Quranda israillilər buna görə üstün göstərilib İlahiyyatçı AÇIQLADI

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hərbi ekspert Ədalət Verdiyevin Media Türk TV-yə müsahibəsində səsləndirdiyi fikirlər ictimaiyyətdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Belə ki, o, “Allah Quranda buyurub ki, mən İsrail oğullarını üstün yaratdım” ifadəsini səsləndirib. Onun fikirləri sosial şəbəkələrdə sərt tənqid edilib.

Globalinfo.az-a danışan Ədalət Verdiyev bildirib ki, bəzi savadsız və Qurandan xəbəri olmayan təbəqə ictimai şəxsləri tez-tez əsassız şəkildə tənqidlər edir:

“Buna əvvəllər də rast gəlmişik, indi də rast gəlirik, gələcəkdə də rast gələcəyik. Mən həmin şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki, konkret istinad etdiyim surələri diqqətlə oxusunlar və mənasını dərk etməyə çalışsınlar”.

Ədalət Verdiyev

İlahiyyatçı Əkrəm Həsənov deyib ki, Quranda doğrudan da İsrail oğulları ilə bağlı “üstünlük” ifadəsi keçir:

“Bəqərə surəsi”nin 47-ci ayəsində buyurulur ki, “Ey İsrail oğulları, sizə verdiyim neməti və sizi aləmlərə üstün etdiyimi xatırlayın”. Amma burada əsas məsələ həmin ifadənin necə başa düşülməsidir. Təfsir alimlərindən İbn Kəsir və Təbəri həmin ayəni izah edərkən bildirirlər ki, bu, mütləq və əbədi üstünlük deyil: müəyyən bir dövrdə verilmiş ilahi nemətlərə, peyğəmbərlərin onların içindən çıxmasına və vəhyə ilk müraciət edən ümmətlərdən biri olmalarına görə idi. Quranda isə bu üstünlüyün şərtli olduğu açıq şəkildə göstərilir. Məsələn, “Maidə surəsi”nin 13-cü ayəsində onların əhdə vəfasızlığı tənqid olunur. Hətta “Bəqərə surəsi” 61-ci ayədə onların nankorluğu səbəbi ilə zillətə düşdükləri bildirilir. Bu isə göstərir ki, Quran heç bir millətə avtomatik və dəyişməz üstünlük vermir”.

İlahiyyatçının sözlərinə görə, islamın əsas prinsipi millətə deyil, təqvaya bağlıdır:

“Hucurat surəsi”nin 13-cü ayəsində açıq deyilir ki, Allah yanında ən üstün olan ən təqvalı olandır. Bu, artıq universal ölçüdür və bütün etnik, milli iddiaları aradan qaldırır. Məhəmməd peyğəmbər (s.ə.s) də bu prinsipi çox aydın ifadə edib. Vida xütbəsində buyurur ki, ərəbin ərəb olmayandan, ağın qaradan, qaranın da ağdan üstünlüyü yoxdur, üstünlük yalnız təqvadadır. Bu, islamın sosial fəlsəfəsinin əsas sütunudur.

Əkrəm Həsənov

Tarix də göstərir ki, hər hansı xalqın müəyyən dövrdə yüksəlişi onun genetik və ya ontoloji üstünlüyü ilə yox, mədəni, mənəvi və intellektual dinamikası ilə bağlıdır. Arnold Toynbee kimi tarixçilər sivilizasiyaların yüksəliş və süqutunun mənəvi və sosial reaksiyalarla bağlı olduğunu qeyd edir. Yəni heç bir xalq “daimi üstün” deyil. Bu baxımdan, Qurandakı “üstün etdik” ifadəsini bugünkü siyasi və ya etnik üstünlük kimi təqdim etmək həm elmi, həm də dini baxımdan doğru deyil. Bu, kontekstdən qoparılmış və yanlış ümumiləşdirilmiş bir yanaşmadır”.

Ə.Həsənov vurğulayıb ki, Quran İsrail oğullarına verilmiş müəyyən bir tarixi neməti xatırladır:

“Amma eyni zamanda onların səhvlərini də açıq şəkildə tənqid edir və ümumi prinsip kimi bildirir ki, üstünlük yalnız iman, əxlaq və təqva ilə ölçülür. Bu isə artıq bütün insanlıq üçün keçərli olan meyardır. İslam mənbələrində yalnız imanın şərtinə bağlı olan, iman əsaslarına inanıb ona uyğun davranan yəhudiləri və xristianları Allahın bağışlamağı bildirilir”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
globalinfo.az

2Mənbələr