AZ

Paşinyan Aİ missiyasının yeni rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin mülki missiyasının yeni rəhbəri Satu Koyvu ilə Azərbaycanla sülh prosesini müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti başçısının mətbuat xidməti məlumat verib.

Görüş zamanı Paşinyan Koyvunu təyinatı münasibətilə təbrik edərək, Aİ Monitorinq Missiyasının Ermənistandakı fəaliyyətinin vacibliyini qeyd edib.

Paşinyan Ermənistan-Aİ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və Brüsselin ölkədə demokratik institutların inkişafına kömək etdiyini vurğulayıb.

Koyvu Ermənistan hökuməti ilə sıx əməkdaşlığın və aktiv dialoqun davam edəcəyinə ümid etdiyini bildirib.

Seçilən
6
publika.az

1Mənbələr