AZ

Çin müharibənin 32 ci günündə düyməni basdı: Onun ABŞ və İsrailə bir mesajı var!

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İran mərkəzli münaqişənin regional təsirləri davam etdikcə, Pakistan diplomatik səylərini gücləndirib.

Turkustan.az xəbər verir ki,Pakistanın xarici işlər naziri İshaq Dar gərginliyin azaldılması səylərinin bir hissəsi olaraq Çinə rəsmi səfər edib.

Dar Çinin xarici işlər naziri Vanq Yi ilə İrandakı müharibə, regional gərginlik və ikitərəfli münasibətləri müzakirə etmək üçün görüşdü. Görüşdə hər iki tərəfin beynəlxalq və regional məsələlərdə oxşar mövqeləri bölüşdüyü vurğulandı.

Çin Xarici İşlər Nazirliyi görüşdən sonra verdiyi açıqlamada müharibənin vurduğu dağıntılarla bağlı dərin kədərini bildirib. Xüsusilə tarixi yerlərə dəyən ziyana diqqət çəkilib və tərəflərdən, xüsusən də ABŞ və İsraildən hərbi əməliyyatları dərhal dayandırmaları tələb olunub.

Pekin nüvə obyektlərinə hücumlara qəti şəkildə qarşı çıxdığını bildirib. Çin bu cür hərəkətlərin regional və qlobal təhlükəsizliyə ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib.

Çin həmçinin Hörmüz boğazındakı hadisələrə toxunaraq bölgədəki gərginliyin azaldılmasının və dəniz təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Pekin administrasiyası bu yaxınlarda boğazdan keçən üç Çin gəmisinə göstərilən dəstəyə görə müvafiq ölkələrə təşəkkür edib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr