AZ

Kosovolular türkiyəli futbolçuları yatmağa qoymadılar!

Bu gün DÇ-2026-nın həlledici pley-off oyunu çərçivəsində Kosovo ilə Türkiyə üz-üzə gələcək.

"Football-plus.az" xəbər verir ki, ''ay-ulduzlular'' Bakı vaxtı ilə saat 22.45-də başlayacaq oyunda qalib gəlsələr, 24 ildən sonra mundiala vəsiqə qazanacaqlar.

Bu arada dünən oyun üçün hazırlıqlarını tamamladıqdan sonra Priştinada bir oteldə məskunlaşan Türkiyə yığması ilə bağlı diqqətçəkən bir olay yaşanıb. Belə ki, kosovolu futbolsevərlər türkiyəli oyunçuların belə desək, gecəni narahat yatmaları üçün əllərindən gələni ediblər. Yerli fanatlar gecə iki dəfə müxtəlif saatlarda otelin önündə fişnglər və partlayıcı maddələr yandırıblar. Onların ilk ''hücumu'' təxminən 1 dəqiqə davam edib. Məqsəd fişənglər sayəsində sadəcə səs-küy salmaq olub.

Ancaq bir neçə dəqiqə sonra başqa bir küçədən yenə bir qrup fanat gəlib. Onlar bu dəfə fişəngləri birbaşa otelin üzerinə və eyvanlara yönəldiblər. Belə bir əhəmiyyətli oyun ərəfəsində təhlükəsizlik tədbirlərinin yetərli səviyyədə olmaması diqqət çəkib. Bu anları dünyanın müxtəlif yerlərini gəzməsi ilə tanınan yutuber Tolqa Öztürk öz səhifəsində paylaşıb.

İş işdən keçdikdən sonra hadisə yerinə polislər gəlib. Amma təbii ki, həmin fanatlar artıq çoxdan ordan uzaqlaşmışdılar.

Qeyd edək ki, oyun cəmi 14 minə yaxın azarkeş tutumuna malik olan ''Fadil Vokrri'' stadionunda keçiriləcək.

Seçilən
26
1
football-plus.az

2Mənbələr