AZ

Azərbaycanlı müğənninin səsi batdı – Danışmaq qadağan edildi

Rusiyada Jony ləqəbi ilə tanınan azərbaycanlı müğənni Cahid Hüseynli özəl tədbirlərdəki çıxışlarını ləğv edib.

KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, buna səbəb ifaçının Minskdəki çıxışı zamanı səsində problemin yaranması olub.

Onun konsertləri aprelin ortalarınadək ləğv edib.

İfaçıya yalnız oxumaq deyil, danışmaq da qadağan olunub.

30 yaşlı sənətçidə səs tellərinin iltihabı yaranıb və bu hal martın 27-dəki konsert zamanı kəskinləşib.

Çıxış zamanı iltihabı azaltmaq və ağrını zəiflətmək üçün Hüseynliyə beş dəfə adrenalin iynəsi vurulub. O, çıxışı başa vura bilsə də, vəziyyəti daha da ağırlaşıb.

Hüseynli hazırda həkim nəzarəti altındadır. Ona şişkinliyi azaltmaq üçün hormonal və iltihabəleyhinə müalicə, həmçinin inhalyasiya və ağciyərlərin nəmləndirilməsi təyin olunub.

Bundan əlavə, müğənni ciddi yuxu rejiminə əməl etməli və üç həftə ərzində gərgin iş rejimindən uzaq durmalıdır.

Əgər bərpa prosesi fəsadsız keçərsə, sənətçi 19 aprelə qədər səhnəyə qayıda bilər./news24

Seçilən
0
3
konkret.az

4Mənbələr