AZ

Övladını dünyaya gətirdiyi anın görüntüsünü bölüşdü - VİDEO

Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova və müğənni Mərdan Kazımov övladları ilə bağlı maraqlı paylaşım edib.

Musavat.com xəbər verir ki, Nəzrin doğum prosesindən görüntüləri paylaşıb və əməliyyat zamanı həyat yoldaşının da yanında olduğunu göstərib.

O, paylaşımında belə yazıb:

“Xoş gəldin, qızım. Sənin gəlişin həyatımıza yeni bir rəng qatdı. Bu anlar bizim üçün ən dəyərli və unudulmaz xatirələr olacaq. Səni çox sevirik, balaca möcüzəmiz”.

Mərdan Kazımov isə qızı ilə çəkdirdiyi fotonu paylaşaraq “Ailəmizə xoş gəldin, gözəl qızım. Adını Şirin qoydum, inşallah həyatın da adın kimi şirin olar” sözlərini qeyd edib.

Könül
Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr