AZ

Salaha məsləhət: PSJ, “Bavariya”…

Misir millisinin direktoru İbrahim Həsən Məhəmməd Salahın gələcəyi ilə bağlı danışıb.

Msport.az xəbər verir ki, o, Salahın “Liverpul”dan ayrıldıqdan sonra MLS-ə keçməməli olduğunu bildirib.

Həsən qeyd edib ki, futbolçunun Avropada qalması daha məqsədəuyğundur və PSJ, “Bavariya”, eləcə də bəzi A Seriyası klubları ona maraq göstərir. Onun sözlərinə görə, MLS-də çıxış etmək Salahın diqqət mərkəzindən uzaqlaşmasına səbəb ola bilər.

O əlavə edib ki, Avropadan təklif olmasa, Kriştiano Ronaldo kimi ulduzların oynadığı Səudiyyə Ərəbistanı da yaxşı seçimdir.

Qeyd edək ki, Salah mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

Seçilən
28
2
msport.az

3Mənbələr