AZ

MİDA vasitəsilə 240 min manatlıq dələduzluq: 4 şəxs məhkəmədə

Vətəndaşlara MİDA-dan ev-alqı satqısı adıyla külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlər dindirilib.

Zərərçəkmiş İlham Məmmədov ona 10 min manat zərər dəydiyini bildirib:

"Təqsirləndirilən şəxs olan Şəmsiyyə İsmayılovaya 10 min vermişəm. Mənə 2 otaqlı ev söz verilmişdi. Mənə dəymiş ziyan ödənilməyib".

Təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılova bildirib ki, zərərçəkmişin verdiyi puldan təqsirləndirilənlərdən 6 min manat, Ruslan Həsənova və özünə 2 min manat bölüşdürüblər.

Seçilən
57
6
publika.az

5Mənbələr