İran İsrailin mərkəzi bölgəsini növbəti dəfə ballistik raketlərlə hücum edib.
Day.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Təhlükə zonasında olan yaşayış məntəqələrində həyəcan təbilləri çalınıb.
Bundan bir neçə saat əvvəl də İran İsrailin mərkəzi bölgəsini ballistik raketlərlə hədəfə almışdı.
"Times of Israel"in məlumatına görə, həmin zərbələr nəticəsində azı 8 nəfər yüngül dərəcəli xəsarətlər alıb. Hücumlarda kassetli raket başlıqlarından istifadə olunduğu bildirilir.
Zərbələrin Bney Brak, Ramant Qan və Petah Tikvada müəyyən dağıntılara səbəb olub, ərazidəki bir neçə avtomobil yanıb.