AZ

Araz Ağalarov həyat yoldaşından boşanıb- 27 yaşlı Alena İvanova ilə evlənib

Milyarder və Crocus Group-un rəhbəri Araz Ağalarov 40 ildən çox evlilikdən sonra həyat yoldaşı İrinadan ayrılaraq 27 yaşlı Alena İvanova ilə evlənib.

Bu barədə “Adolfino Berluskoni” Telegram kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, cütlüyün artıq uşaqları var və toydan sonra Alena həm sosial mediada, həm də özəl müəssisəsinin adından soyadını Ağalarov olaraq dəyişdirib. Ağalarov əvvəllər sinif yoldaşı İrina ilə evli olub: 1979-cu ildə onların iş adamı və müğənni olan Emin adlı oğulları, səkkiz il sonra isə Şeyla adlı qızları dünyaya gəlib. Cütlük uzun müddət boşanmalarını açıq şəkildə açıqlamayıb.

Araz Ağalarov 1 milyard dollardan çox sərvəti olan Crocus Group-un prezidenti və sahibidir. 2020-ci ildə Forbes onun sərvətini 1,7 milyard dollar olaraq qiymətləndirib. O, “Rusiyanın ən varlı 200 iş adamı” siyahısında 55-ci yerdə qərarlaşıb.

Oğlu Emin ailə biznesində Crocus Group-un Birinci vitse-prezidenti vəzifəsində çalışır. Onun keçmiş həyat yoldaşı, Azərbaycan prezidentinin qızı Leyla Əliyevadan üç övladı və həyat yoldaşı Alena Qavrilovadan bir qızı var. Qızı Şeyla da anası kimi ABŞ-da yaşayır.

AzPost.az

Seçilən
16
azpost.info

1Mənbələr