AZ

ABŞ rəsmən elan etdi: NATO ilə münasibətlərə yenidən baxılacaq

ABŞ dövlət katibi Marko Rubio İrana qarşı əməliyyatla bağlı ayrı-ayrı müttəfiq ölkələrinin mövqeyini nəzərə alaraq Vaşinqtonun NATO ilə münasibətlərinə yenidən baxılmasının vacibliyini bildirib.

Publika.az xəbər verir ki, o, bu açıqlamanı “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə verib.

Rubio İspaniyanın əməliyyat üçün hava məkanını verməkdən imtina etməsini şərh edərkən vurğulayıb ki, bütün bunlar nəzərdən keçirilməlidir.

Rubio həmçinin ABŞ-NATO əməkdaşlığının hazırkı formatını şübhə altına alıb. Rubio iddia edib ki, alyans yalnız Vaşinqtonun Avropanı müdafiə etməsini, eyni zamanda hərbi infrastruktura çıxışı məhdudlaşdırmasını nəzərdə tutur.

Seçilən
26
publika.az

1Mənbələr