AZ

Tramp ailəsində qalmaqal: oğlu qolfçuya görə qəzəbləndi


ABŞ prezidenti Donald Trampın ailəsində yeni gərginlik yaranıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Donald Trampın oğlu Donald kiçik Donald Tramp keçmiş həyat yoldaşı Vanessa Trampın münasibətdə olduğu məşhur qolfçu Tayger Vudsla bağlı ciddi narazılıq yaşayır.

Məlumata görə, Tramp Jr. övladlarının Vuds ilə vaxt keçirməsindən narahatdır və bu məsələ onun ciddi qəzəbinə səbəb olub. Mənbələr bildirir ki, bu, sadəcə narahatlıq deyil, “açıq qəzəb” səviyyəsindədir.

İnsayderlərə görə, kiçik Tramp Vudsun keçmişi və son hadisələr fonunda onun uşaqlarla təmasda olmasını təhlükəli hesab edir:

“Bu, artıq sadə dostluq məsələsi deyil. Söhbət uşaqlardan gedir və bu, onun üçün qırmızı xətdir”.

Qeyd edək ki, Tayger Vuds bir müddət əvvəl Floridada yol-nəqliyyat hadisəsinə görə saxlanılıb. Polis məlumatına görə, onun qanında alkoqol aşkar olunmasa da, “sərxoşluq əlamətləri” müşahidə edilib və o, testdən imtina etdiyinə görə saxlanılıb.

Kiçik Donald Tramp hesab edir ki, Vuds dəyişməyib və onun uşaqlarına yaxın olmasını istəmir. Bununla belə, o, keçmiş həyat yoldaşının şəxsi qərarlarına müdaxilə etmədiyini, lakin uşaqlarla bağlı məsələdə geri çəkilməyəcəyini vurğulayır.

Mənbələrin sözlərinə görə, Trampın oğlu yaxın çevrəsinə açıq şəkildə bunu bildirib:
“Tayger uşaqlarımdan uzaq olmalıdır”.

Musavat.com

 

Seçilən
31
musavat.com

1Mənbələr