AZ

İsrail Livanın cənubunda çox sayda döyüşçünü zərərsizləşdirib (FOTO/VİDEO)

Bakı. Trend:

Son sutka ərzində Livanın cənub bölgəsində pusqu qurmağıplanlaşdırdığı müəyyən edilən onlarla silahlı məhv edilib.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) mətbuat xidməti rəsmi"X" səhifəsində məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun 36-cı diviziyasının qüvvələriCənubi Livanda terror infrastrukturunu məhv etməyə vəsilah-sursatları aşkar etməyə davam edir.

7-ci briqada və “Qolani” briqadasının qüvvələri artıq bir neçəhəftədir ki, 36-cı diviziyanın komandanlığı altında Cənubi Livandafəaliyyət göstərir.

Ötən gün keçirilən əməliyyatda silahlılardan biri RPQqumbaraatanı ilə silahlanmış vəziyyətdə qüvvələrə atəş açmağahazırlaşarkən aşkar olunub və atəş açmazdan əvvəlzərərsizləşdirilib.

Qüvvələr çoxsaylı silah-sursat ehtiyatlarının aşkar edildiyianbarları, komanda məntəqələrini, bunkerləri və İsrail ərazisinəatəş açmaq üçün istifadə olunan buraxılış qurğusunu məhv edib.Aşkar edilən silahlar arasında hərbi jiletlər, dəbilqələr vəsursatlı RPQ silahları da olub.

İsrail
İsrail
Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr