AZ

Bu gün həm də ədalət uğrunda mübarizəmizin rəmzidir

ain.az bildirir, Newscenter.az portalına istinadən.

31 Mart tarixi Azərbaycan xalqının yaddaşına qanlı və faciəli bir gün kimi həkk olunmuşdur. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Göyçay, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə günahsız insan amansızcasına qətlə yetirilmişdir. Bu hadisələr təkcə insan itkisi ilə deyil, həm də milli-mədəni irsimizin məhv edilməsi ilə yadda qalmışdır.Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımına hüquqi-siyasi qiymət verilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu faciələrin dövlət səviyyəsində tanınması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addım oldu. Bu fərmanla 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlandı.Tarixi faktların sübutu kimi 2007-ci ilin aprel ayında Quba şəhərində stadionun təmiri zamanı aparılan qazıntılar nəticəsində kütləvi məzarlıq aşkar edilmişdir. Bu məzarlıqda yüzlərlə günahsız insanın qalıqları tapılmış və onların xüsusi qəddarlıqla öldürüldüyü müəyyən edilmişdir. Bu tapıntı soyqırımın miqyasını və vəhşiliyini bir daha sübut edən mühüm tarixi fakt kimi qiymətləndirilir.Quba kütləvi məzarlığının aşkar olunmasından sonra dövlət tərəfindən burada Quba Soyqırımı Memorial Kompleksi inşa edilmişdir. Bu kompleks təkcə xatirə məkanı deyil, həm də tariximizin bu ağrılı səhifəsini gələcək nəsillərə çatdıran mühüm mərkəzdir.Bu gün soyqırım həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Onun rəhbərliyi ilə beynəlxalq tədbirlər keçirilir, müxtəlif ölkələrdə soyqırım həqiqətlərini əks etdirən materiallar yayılır və dünya ictimaiyyətinin diqqəti bu məsələyə yönəldilir.31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində baş vermiş faciələri unutmamaq, şəhidlərimizin xatirəsini yad etmək və gələcək nəsillərə bu həqiqətləri çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün həm də milli birliyimizin, tariximizə sahib çıxmağımızın və ədalət uğrunda mübarizəmizin rəmzidir.Çingiz İbrahimovYAP Göyçay rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
newscenter.az

2Mənbələr