AZ

Yaxın zamanda Ələt Azad İqtisadi Zonasında böyük müəssisələrin yaradılması ilə bağlı layihələri elan edəcəyik – Valeh Ələsgərov (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Yaxın zamanda Ələt Azad İqtisadi Zonasında iri sənayemüəssisələrinin yaradılması ilə bağlı yeni layihələr elan ediləcək.Bu layihələr Azad Zonanın investisiya cəlbediciliyini daha daartıracaq və ixracyönümlü istehsalın genişlənməsinə təkanverəcək.

Bunu Trend-əözəl müsahibəsində Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) SəlahiyyətliQurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

Sədr müsahibəsində ƏAİZ-in cəlbediciliyindən, qurum üçün maraqlıolan investorlardan, yeni layihələrdən və bu kimi digərməsələlərdən danışıb.

O, əvvəlcə Azad Zonanın yaranma tarixindən, eləcə dəcəlbediciliyindən bəhs edib və bildirib ki, burada bütün vacibməqamlar nəzərə alınıb:

“Əgər bu amillər diqqətə alınmasaydı, belə bir zonanınyaradılması mümkün olmazdı. Daha cəlbedici olmaq üçün yalnız regionölkələrində deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən azadiqtisadi zonaların təcrübəsi öyrənilib, onların qanunvericiliyi,şərtləri və uğur-uğursuzluq səbəbləri təhlil edilib. Belə ki, bugün dünyada 4500-dən çox azad iqtisadi zona mövcuddur, lakinonların hamısını uğurlu hesab etmək mümkün deyil.

Bu təhlillərə əsaslanaraq Ələt Azad İqtisadi Zonası elə birərazidə yerləşdirilib ki, o, digər zonalarla müqayisədə dahacəlbedici olsun. Azad Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanınabitişikdir və Şimal–Cənub, Şərq–Qərb kimi beynəlxalq nəqliyyatdəhlizlərinin kəsişməsində yerləşir. Bu da investorlara həm dəniz,həm dəmir yolu, həm də avtomobil nəqliyyatından istifadə imkanıyaradır.

Bizim ərazidə yerləşən investorlar öncədən bilirlər ki, onlarhəm dəniz yollarından, həm dəmir yollarından, həm də magistralyollardan istifadə edə bilərlər. Buna əlavə olaraq nəzərə almalıyıqki, yüksək texnoloji məhsullar istehsal edən şirkətlər əksərhallarda artıq yüklərini dəmir yolu və ya avtomobil yolu ilə deyil,hava nəqliyyatı ilə göndərirlər. Bu da onlara həm zamana, həm dəxərcə qənaət etməyə şərait yaradır. Ona görə də biz tanınmışaviadaşıyıcı şirkət “Silk Way” ilə razılığa gəldik və şirkət ƏlətAzad İqtisadi Zonasının ərazisində böyük bir hava limanınıninşasına başlayıb. Bu hava limanı üçün 750 hektar ərazi ayrılıb.Çünki orada tək hava limanı yox, bu hava limanı vasitəsiləyüklərini daşımaq istəyən şirkətlərin mallarının gətirilibsaxlanması, paylanması və s. kimi məsələləri təmin etmək üçün dəbütün infrastruktur yaradılmalıdır. Sözügedən hava limanının karqovə biznes aviasiya seqmentləri 2027-ci ilin birinci rübününsonundan gec olmayaraq istismara veriləcəkdir. İlkin yükaşırmahəcmi illik 500 min ton olacaqdır ki, gələcəkdə bu göstəricinin 1.5– 2 milyon tona çatdırılması nəzərdə tutulur. Hava limanınınfaəliyyətə başlaması ilə bizim investorlar həm ixracəməliyyatlarında, həm idxal əməliyyatlarında yüklərini istənilənnəqliyyat növü ilə daşıya biləcəklər. Bu da öz növbəsində AzadZonanın cəlbediciliyini artırır. Təbii ki başqa şirkətlər də özyüklərini sözügedən hava limanı vasitəsilə göndərə və ya qəbul edəbilərlər".

V. Ələsgərov qeyd edib ki, Ələt Azad İqtisadi Zonasındainvestorlara ərazi daxili və ərazi xarici infrastruktur vəmühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyəhazır sənaye torpaq sahələri təqdim olunur:

“Yəni investor müvafiq infrastrukturun qurulmasını illərləgözləmək məcburiyyətində deyil. Məhz bu səbəbdən, ƏAİZ-dəistifadəyə hazır sənaye torpaq sahələrinin təqdim edilməsiinvestorlar üçün çox önəmli bir məqamdır. Yəni investora təqdimolunan ərazi artıq əvvəlcədən su, təbii qaz, kanalizasiya, rabitə,elektrik enerjisi və s. infrastrukturu ilə təmin edilib. Bu çoxböyük bir üstünlükdür. Başqa zonalara baxdıqda görürük ki, onlarınəksəriyyətində belə şərait yoxdur.

Ələt Azad İqtisadi Zonasının cəlbediciliyini artıran digər amilburada fəaliyyət göstərən şirkətlərin bütün vergi və gömrükrüsumlarından azad olmasıdır. Bundan başqa, Ələt Azad İqtisadiZonasının qanunvericiliyini də xüsusi qeyd etməliyik. Bildiyinizkimi, Ələt Azad İqtisadi Zonası Azərbaycan Respublikasının xüsusibir qanunu ilə - “Ələt azad iqtisadi zonası haqqında” qanunlayaradılıb. Ələt Azad İqtisadi Zonasının qanunvericiliyi bu qanun vəƏlət Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu tərəfindən təsdiqedilmiş daxili qaydalardan ibarətdir. Bu da investorlar üçün böyükönəm daşıyır. Məsələn, ƏAİZ-də qeydiyyatdan keçmək üçün yalnızSəlahiyyətli Quruma müraciət etmək kifayətdir. Səlahiyyətli Qurumtəklif edilən layihəni məqbul hesab etdiyi təqdirdəhəmin şirkətqeydiyyatdan keçirilir. Burada əsas iqtisadiyyatın hər hansı birdövlət qurumuna müraciət etməyə ehtiyac yoxdur”.

Ələt Azad İqtisadiZonası üçün maraqlı olan investorlar

V. Ələsgərov vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasındaixracyönümlü müəssisəni yaratmaq istəyən investorlara daha çoxüstünlük verilir:

“Yəni Ələt Azad İqtisadi Zonasında öz istehsal müəssisəsiniyaradan və istehsal etdiyi məhsulların 75% və daha çox hissəsiniixrac edən investorlar daha çox diqqətimizdədir. Əlbəttə ki,layihənin qabaqcıl Avropa standartlarına uyğunluğu dəönəmlidir.

Bəzən ixracyönümlü layihələrə üstünlüyün verilməsi təəccübdoğurur. Lakin belə olmadığı təqdirdə, ƏAİZ-də əsasən yerli bazarayönəlmiş məhsulların istehsalı ilə məşğul olan kiçik və ya ortamüəssisələr yarana bilər, bu isə öz növbəsində əsas iqtisadiyyatdaçalışan bütün vergi və gömrük rüsumlarını ödəyən şirkətlər üçünədalətsiz rəqabət yarada bilər. Ona görə də ixrac yönümlümüəssisələrə üstünlük verilir. Əgər şirkət ixracyönümlüdürsə,deməli, həmin şirkətin məhsulları beynəlxalq standartlara uyğunolmalıdır. İkincisi,şirkət istehsal etdiyi məhsulun 75% və daha çoxhissəsini ixrac edirsə, deməli, yetərincə böyük bir müəssisəolmalıdır. Belə olduqda daha çox iş yerləri yaradılacaq. Biz dəçalışırıq ki, ƏAİZ-də fəaliyyət göstərən şirkətlər Azərbaycanvətəndaşlarını işlə təmin etsinlər. Artıq ƏAİZ-də fəaliyyətgöstərən elə şirkətlər var ki, onlar müəssisələrində fəaliyyətgöstərən Azərbaycan vətəndaşlarını işlə təmin edib və digərölkələrdə yerləşən müəssisələrində sözügedən vətəndaşları qəbuledərək bir neçə aylıq təlim proqramı çərçivəsində yeni ixtisaslarasahib olmaq imkanları tanıyıb. Təlim bitdikdən sonra, vətəndaşlarAzad Zonada yaradılan müəssisəyə qayıdaraq, yeni əldə olunmuşbilikləri tətbiq edirlər.

Birinci mərhələdə inşaat işlərini bitirdiyimiz 60 hektarlıqərazidə investorların qeydiyyatına başladıqda tələbatın həddidənartıq böyük olduğunu gördük. Bu səbəbdən növbəti 138 hektarərazinin inşaatına planlaşdırılan vaxtdan çox daha tez başlamaqməcburiyyətində qaldıq. Artıq çox yaxın zamanda həmin ərazilər üzrəinşaat işləri tamamlanacaq. Onu da qeyd etməliyəm ki, inşaat işlərihələ tam yekunlaşmasa da, artıq həmin ərazilər üzrə bəzi şirkətləriqeydiyyatdan keçirmişik. Onlardan bəziləri artıq inşaat işlərinəbaşlaması üçün hazırdır. Çox önəmli bir məqam ondan ibarətdir ki,sözügedən 138 hektarlıq ərazinin 23 hektarında Çinin “Sunsync”şirkəti günəş panelləri istehsal edən müəssisə quracaq. İstehsaledilən məhsulların əksər hissəsi ixrac olunacaq. Çünki istehsalhəcmi çox böyük olacaq. İlk gündən məqsəd ondan ibarətdir ki, təkAzərbaycan bazarı yox, dünya bazarına çıxaq. Təbii ki, Ələt Azadİqtisadi Zonasında Çin şirkəti tərəfindən istehsal ediləcək günəşpanellərindən Azad Zonada tikilən müəssisələrin damınınörtülməsində də istifadə etməyi investorlara tövsiyə edirik. Eynizamanda, əlbəttə ki, həmin şirkət Azərbaycanda keçiriləcək bütüntenderlərdə panellərin satışında iştirak edəcək. Çin şirkətiƏAİZ-də sözügedən məhsulların istehsalına başladıqdan sonra GünəşElektrik Stansiyaları inşa edən şirkətlər üçün panelləri buradanalmaq daha rahat və əlverişli olacaq. Biz “Sunsync” şirkətinə GünəşElektrik Stansiyası tikmək üçün də ərazi verməyə hazır olduğumuzubildirmişik. Yəni sözügedən Çin şirkəti üçün Ələt Azad İqtisadiZonasında istehsal edəcəyi günəş panellərindən istifadə etməkləGünəş Elektrik Stansiyası tikərək, oradan əldə olunacaq “yaşılenerji"ni ƏAİZ-də çalışan şirkətlərə satmaq imkanı yaranabilər”.

Sədr eyni zamanda digər layihə üzərində də çalışdıqlarınıdiqqətə çatdırıb:

“Bu, külək elektrik stansiyalarının (KES) istehsalı iləbağlıdır. ƏAİZ-də KES-lər üçün pərlər və digər zəruriavadanlıqların istehsalı üzrə müəssisənin inşası üçün bir neçəşirkətlə danışıqlar aparılır. Belə ki,, ƏAİZ-də külək elektrikstansiyaları üçün lazım olan avadanlıqların istehsalı istehsal vəinşaat xərclərini azaldacaq, eyni zamanda külək elektrikstansiyaları avadanlıqlarının daşınması üçün yaranan nəqliyyat vəlogistika çətinliklərini aradan qaldıracaq.

Paralel olaraq artıq ağır sənaye üçün ayrılmış ərazidə inşaatişlərinə başlamışıq. 364 hektarda torpaq işlərini bitirmişik. Buil, başqa infrastruktur işlərinə də başlamağı planlaşdırırıq. Ağırsənaye üçün ayrılmış ərazinin daxilində işlər Səlahiyyətli Qurumtərəfindən aparılacaq. Ərazi xaricində isə yaxın zamanda“Azərenerji” böyük bir yarımstansiya tikintisi işlərinəbaşlayacaqdır. Bununla yanaşı digər dövlət qurumları dainfrastruktur işlərini aparacaqlar. Artıq çox müsbət bir haldır ki,ağır sənaye üçün ayrılmış ərazidə fəaliyyət göstərmək məqsədiləmüraciətlər daxil olur. Yaxın zamanda Ələt Azad İqtisadi Zonasındaböyük müəssisələrin yaradılması ilə bağlı layihələri elanedəcəyik.

Ümumilikdə, Ələt Azad İqtisadi Zonasında bu gün qeydiyyatdankeçmiş şirkətlərin fəaliyyəti ilə bağlı işlər fərqli mərhələlərüzrə davam etdirilir. Məsələn, müəyyən müəssisələr var ki, artıqistehsala başlayıb, digər müəssisən ilkin məhsulun istehsalınabaşlayacaq, bəziləri isə inşaat və yaxud da layihələndirməmərhələsindədirlər. Bu müəssisələr əsasən Türkiyə, Çin, İsrail,Avropa ölkələri, eləcə də Azərbaycanın öz yerli şirkətlərindənibarətdir”.

Nəqliyyat dəhlizlərininyaratdığı yeni imkanlar

V. Ələsgərov müsahibəsində həmçinin Azərbaycanın coğrafimövqeyinin onu beynəlxalq nəqliyyat qovşağına çevirdiyini bildirib.O, Orta Dəhliz perspektivində ölkəyə yük axınında günbəgün artımınqeydə alındığını söyləyib. Bu xüsusda sədr istər Şimal-Cənub,istərsə də Şərq-Qərb dəhlizlərinin yükaşırma qabiliyyətininreallaşdırılmasında Ələt Azad İqtisadi Zonasının rolundan danışıb:“Əgər əvvəllər dəmir yolları və yaxud da avtomobil yolları iləancaq Poti limanına çıxış mövcud idirsə, bu gün artıqBakı–Tbilisi–Qars dəmir yolu ilə Türkiyəyə və oradan da Aralıqdənizinin sahilində yerləşən dəniz limanlarına çıxış var. LakinZəngəzur dəhlizi açıldıqdan sonra təbii ki, bu bizim üçün istənilənyüklərin daşınması üçün yeni imkanlar yaradacaq. Yeni marşrut xəttidaşımaların məsafəsini qısaldaraq sürətləndirəcək və daşımaxərclərini daha da azaldacaq. Eyni zamanda, Zəngəzur dəhlizibirbaşa olaraq Aralıq dənizi sahillərində yerləşən Türkiyənin dənizlimanlarına çıxış imkanı yaradır. Bu da çox önəmli məsələdir. Birməqamı xüsusi qeyd edim ki, Ələt Azad İqtisadi Zonasında alüminiumistehsal edən müəssisənin yaradılması ilə bağlı danışıqlaraparırıq. Bu müsəssisə ildə minimum 250 min ton alüminium istehsaletsə, ən azı 550-600 min ton xammal lazım olacaq. Xammal isəVyetnam, Qvineya və s. kimi xarici ölkələrdən gəmi nəqliyyatı iləgətiriləcək. Deməli, Zəngəzur dəhlizi açıldıqdan sonra böyükgəmilərlə xammal Aralıq dənizi sahillərində yerləşən Türkiyəlimanlarına və oradan da dəmir yolu ilə Zəngəzur dəhlizindənkeçməklə daha tez, daha asan Azərbaycana gətiriləcək. Bu baxımdanZəngəzur dəhlizinin açılması çox böyük önəm kəsb edir”.

Beynəlxalq tədbir və sərgilərdəiştirak

V. Ələsgərov son olaraq beynəlxalq sərgilərdə iştirak etməklərəhbərlik etdiyi qurumun xarici investorlara tanıdılmasında atılanaddımlarla bağlı bunları qeyd edib: “Avropa ölkələrində müxtəliftədbirlərdə iştirak edirik. Bu ilin aprel ayında AlmaniyanınHannover şəhərində keçiriləcək böyük bir sərgiyə qatılacağıq. Ötənil də həmin sərgidə iştirak etmişdik və böyük bir stendimiz varidi. Oradakı şirkətlərə Ələt Azad İqtisadi Zonası barədə genişməlumat verir, Azad Zonanı təşviq edirik. Eyni zamanda, AzərbaycanaAvropa ölkələrindən gələn şirkətlərin nümayəndələri ilə görüşürük,danışıqlar aparırıq. Bu ilin əvvəlində Ələt Azad İqtisadi ZonasındaAvropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə BaşDirektorluğunun (ENEST) bölmə rəhbəri Devid Kallenin rəhbərliketdiyi Avropa İttifaqı nümayəndə heyəti ilə görüş keçirdik. OnlaraAzad Zonanın unikal qanunvericilik bazası, istifadəyə hazır ərazidaxili və ərazi xarici infrastruktur və müasirmühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş sənayetəyinatlı torpaq sahələri, habelə investorlar üçün nəzərdə tutulanmaliyyə və qeyri-maliyyə təşviqləri paketi əhatəli şəkildə təqdimolundu. Həmçinin, Azad Zonanın nəqliyyat-logistika infrastrukturuvə inkişaf potensialına xüsusi diqqət yetirildi.

Yəni bir sözlə Ələt Azad İqtisadi Zonaya xarici invstorları cəlbetmək üçün zəruri tədbirlər görülməkdədir”.

Seçilən
45
2
az.trend.az

3Mənbələr