ain.az, Olke.az saytına istinadən bildirir.
Abşeron rayonunun Masazır qəsəbəsində artıq bir neçə gündür içməli suyun verilişi dayandırılıb.
Ölkə.az xəbər verir ki, sakinlərin sözlərinə görə, suyun kəsilməsi gündəlik həyatlarını ciddi şəkildə çətinləşdirib.
Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxladıq. Qurumun əməkdaşı bildirdi ki, dünəndən etibarən əraziyə su mərhələli şəkildə verilir:
"Dünən axşam su Xırdalan xəttinə ötürülüb. Bu gün isə su Masazır xətti üzrə verilir".
Həmçinin qeyd olunub ki, səhər saat 07:00-dan etibarən suyun verilişi qrafikə uyğun şəkildə həyata keçirilir.
Qeyd edək ki, intensiv yağışlar səbəbindən nasos stansiyasında problem yaranıb.
Həmidə İbrahimova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.