Bakı. Trend:
Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru olanICGB şirkəti, Yunanıstanın (DESFA), Bolqarıstanın (Bulgartransgaz),Rumıniyanın (Transgaz), Moldovanın (Vestmoldtransgaz) və Ukraynanın(Gas TSO of Ukraine) qaz nəqliyyatı sistemi operatorları ilətərəfdaşlıq çərçivəsində, Avropa Komissiyasının koordinasiyası iləTransbalkan marşrutu üzrə vahid kommersiya mexanizmirazılaşdırıb.
Trend bu barədəICGB-yə istinadən məlumat yayıb.
Şirkətdən bildirilib ki, bu qərar Avropa İttifaqı (Aİ)normalarına uyğun, davamlı və uzlaşdırılmış modelinformalaşdırılması istiqamətində mühüm addımdır və marşrut boyuncaharmonizasiya olunmuş, şəffaf tarif yanaşmasını nəzərdə tutur.
“Bu, Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində qazın təhlükəsizvə rəqabətədavamlı təchizatının təmin edilməsi üçün əsas marşrutkimi Şaquli dəhlizin rolunu gücləndirir”, — deyə ICGB-ninməlumatında qeyd olunur.
Məlumata görə, 2026-cı ilin oktyabrından etibarən qaz nəqliyyatsisteminin operatorları Transbalkan dəhlizi boyunca bütün qoşulmanöqtələrində rəqabətədavamlı tariflərlə illik, rüblük, aylıq vəgündəlik güc məhsulları təklif edəcəklər. Bunun marşrutunkommersiya cəlbediciliyini, bazarların inteqrasiyası səviyyəsini vəmüvafiq ölkələrdə likvidliyi əhəmiyyətli dərəcədə artıracağıgözlənilir.
Keçid dövrü üçün operatorlar mövcud güc məhsullarının qüvvədəolma müddətinin 2026-cı ilin oktyabrınadək uzadılması xahişi iləmilli tənzimləyicilərə müraciət ediblər ki, bu da Ukraynaya qaztədarükünün fasiləsizliyini təmin etməyə imkan verəcək.
Qeyd edək ki, Transbalkan dəhlizi Yunanıstanı, Bolqarıstanı,Rumıniyanı, Moldovanı və Ukraynanı birləşdirən regional qaz nəqlimarşrutudur və Aİ tərəfindən dəstəklənən “Şaquli qaz dəhlizi”təşəbbüsünün tərkib hissəsidir. Bu marşrut, xüsusiləmayeləşdirilmiş təbii qaz (LNG) və Xəzər qazı hesabına tədarükmənbələrinin şaxələndirilməsində, eləcə də Cənub-Şərqi və MərkəziAvropada enerji təhlükəsizliyinin və bazar inteqrasiyasınıngücləndirilməsində getdikcə daha mühüm rol oynayır.