Qazaxıstanın Almatı vilayətində dəmir yolu keçidində sərnişin avtobusu qatarla toqquşub.
AZƏRTAC-ın Qazaxıstan mediasına istinadla verdiyi xəbərə görə, avtobus keçiddə kömür stansiyasından hərəkət edən qatara çırpılıb.
Hadisə zamanı xəsarət alan 6 nəfər tibb müəssisəsinə çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.