AZ

Tramp İranla münaqişəni Hörmüz boğazı açılmadan bitirməyə hazırdır

ABŞ prezidenti əsas hədəflərə nail olduqdan sonra əməliyyatı dayandırmağı mümkün sayıb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ prezidenti Donald Tramp İran əleyhinə həyata keçirilən hərbi əməliyyatları Hörmüz boğazının açılmasını gözləmədən başa çatdırmağa hazırdır.

Nəşrin yazdığına görə, son günlər Donald Tramp və onun komandası belə nəticəyə gəlib ki, strateji əhəmiyyət daşıyan Hörmüz boğazının açılması üçün əlavə addımlar atılması münaqişənin daha da uzanmasına səbəb ola bilər. Bu səbəbdən Vaşinqtonun prioriteti hərbi əməliyyatların miqyasını genişləndirmək deyil, artıq müəyyən edilmiş əsas məqsədlərə çatmaqdır.

Mənbələrin bildirdiyinə əsasən, ABŞ-nin əsas hədəfləri İranın hərbi-dəniz qüvvələrinin zəiflədilməsi və raket ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldılmasıdır. Bu məqsədlərə nail olunduqdan sonra isə Vaşinqton münaqişəni dayandırmağı və Tehrana qarşı diplomatik təzyiqləri davam etdirməyi planlaşdırır.

Eyni zamanda qeyd olunur ki, Donald Tramp Avropa ölkələrindən və Fars körfəzi regionundakı müttəfiqlərdən Hörmüz boğazının açılması təşəbbüsünü öz üzərlərinə götürməyi tələb etməyi planlaşdırır. Bu yanaşma ABŞ-nin birbaşa hərbi iştirakını məhdudlaşdırmaq və məsuliyyəti regional tərəfdaşlarla bölüşmək strategiyasına uyğun qiymətləndirilir.

Ekspertlər hesab edir ki, belə bir qərar enerji bazarlarına və beynəlxalq ticarət marşrutlarına ciddi təsir göstərə bilər, çünki Hörmüz boğazı qlobal neft daşımalarının əsas arteriyalarından biri hesab olunur.

Poliqon.info

Seçilən
73
10
poliqon.info

10Mənbələr