AZ

Fars körfəzi ölkələri ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəkləyir

BAKI, 31 mart. TELEQRAF

Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreyn İran rəhbərliyində radikal dəyişiklik baş verməyənə qədər ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsini istəyirlər.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ABŞ, İsrail və Fars körfəzi ölkələrinin adının açıqlanmayan rəsmi şəxslərinə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu ölkələrin nümayəndələri şəxsi görüşlərdə amerika-israil hərbi əməliyyatının davam etməsini arzuladıqlarını bildiriblər. Onların fikrincə, İranın rəhbərliyində radikal dəyişikliklər baş verməyincə hərbi təzyiq dayandırılmamalıdır.

Agentlik əlavə edir ki, Fars körfəzi ölkələrinin mövqeləri fərqlidir. Səudiyyə Ərəbistanı və BƏƏ daha aqressiv mövqe tutarkən, Oman və Qətər diplomatik həllərə üstünlük verirlər.

Seçilən
54
teleqraf.com

1Mənbələr