AZ

CBS: Palm-Biç hava limanına Donald Trampın adı veriləcək

BAKI, 31 mart. TELEQRAF

ABŞ-nin Florida ştatında yerləşən Palm-Biç hava limanının Prezident Donald Trampın şərəfinə yenidən adlandırılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, Florida ştatının qubernatoru Palm-Biç hava limanının adının dəyişdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Qanuna əsasən, ABŞ administrasiyası rəhbərinin iqamətgahına yaxın ərazidə yerləşən hava limanı “Donald Tramp Beynəlxalq Hava Limanı” adlandırılacaq.

Qeyd olunur ki, qanunun 1 iyul tarixindən qüvvəyə minməsi planlaşdırılır. Bununla yanaşı, ad dəyişikliyinin qüvvəyə minməsi üçün Federal Aviasiya Administrasiyasının da təsdiqi tələb olunur.

Seçilən
64
teleqraf.com

1Mənbələr