Slavyansk–Kramatorsk istiqamətində vəziyyət getdikcə gərginləşir, cəbhədə yeni dəyişikliklər qeydə alınır.
Musavat.com xəbər verir ki, “Deep State” platformasının məlumatına görə, Rusiya ordusu bu istiqamətdə hücumlarını genişləndirərək Svyato-Pokrovskoe və Vasyukovka yaşayış məntəqələrini işğal edib
Bununla yanaşı, rus qüvvələrinin eyni istiqamətdə irəliləyişi davam edir. Məlumata görə, Reznikovka və Bondarnoye əraziləri yaxınlığında da mövqelər genişləndirilib ki, bu da ümumi taktiki üstünlüyün artdığını göstərir.
Hərbi ekspertlər hesab edir ki, bu istiqamətdə əldə olunan uğurlar Slavyansk və xüsusilə Kramatorsk şəhərlərinə təzyiqi daha da artırır. Bu şəhərlər Donbas bölgəsində Ukrayna üçün əsas müdafiə xətlərindən biri sayılır.
Hazırda bölgədə intensiv döyüşlər davam edir və tərəflər mövqelər uğrunda mübarizəni daha da sərtləşdirir.
Musavat.com
