İranın dövlət mediası Prezidenti Məsud Pezeşkianın rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk iclasının görüntülərini yayımlayıb.
Globalinfo.az-ın xəbərinə görə, kadrlardan görünür ki, iclas yeraltı bunkerdə keçirilib və divarlar qalın yorğanlarla örtülüb.
Pezeşkian çıxışında bildirib ki, “İran dünyanın zirvəsində qiymətli daş kimi işıq saçır”.
“Həmçinin bütün dünyada azadlıqsevər insanlara ilham verir. Müharibənin dayandırılması ilə bağlı hər hansı qərar yalnız irəli sürülən bütün şərtlər nəzərə alınmaqla və böyük İran xalqının ləyaqəti, təhlükəsizliyi və maraqları təmin edilməklə qəbul olunacaq”, – Pezeşkian vurğulayıb.
Qeyd edək ki, bunkerdən yayılan görüntü qısa müddətdə sosial şəbəkələrdə viral olub.
