ain.az xəbər verir, Medicina saytına əsaslanaraq.
Fransanın Strasburq şəhərindən olan 44 yaşlı Sandra Ramın sevgi hekayəsi sosial medianı silkələyib.
Medicina.az xəbər verir ki, hələ yeniyetmə ikən Sandra cansız əşyalara (o cümlədən cinsi cəhətdən) meyl etdiyini anlayırdı. Zamanla bir çox insanın onu dəli hesab etməsi ilə barışdı. 2020-ci ildə Sandra 3013 nömrəli şəhər tramvayını görəndən ona dəlicəsinə aşiq olub. Tramvaydan bu sevgiyə qarşılıq bir işarə istədi və həmin anda kabinəsi işıqlandı.
Beləliklə, sevgi hekayəsi başladı. Sandra evini həm tramvayla, həm də nömrəsi ilə əlaqəli çoxsaylı xatirə əşyaları ilə bəzədi.
Bu yaxınlarda, sürücünün köməyi ilə Sandra sevgilisi ilə "evləndi" - əlbəttə ki, toy qeyri-rəsmi idi, amma gəlin xoşbəxtdir. O, "bəy"ə minib hər dayanacaqda onunla şəkil çəkdirdi. Yeri gəlmişkən, Sandranın real həyatda da sevgilisi var. Deyilənə görə, kişi onların cütlük yox, üçlük olmasına qarşı deyil. Sandranın qeyri-adi həyatının təfərrüatları ilə maraqlanan hər kəs onun hazırda yazdığı kitabın nəşrini gözləyir.

Aygün Musayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.