Futbol üzrə Azərbaycan millisi bu gün ölkəmizdə keçirilən “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində son oyununa çıxıb.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ikinci matçında Syerra Leone yığması ilə qarşılaşıb.
Sumqayıtda keçirilmiş görüşü Özbəkistandan olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda Sent Lüsiya yığması ilə qarşılaşmışdı. Eyni məkanda baş tutmuş görüşdə komandamız 6:1 hesablı qələbəyə sevinmişdi.
Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirib. Çünki Oman yığması Bakıya gəlməkdən imtina etdiyi üçün, Afrika təmsilçisinin martın 27-də keçirilməli olan ilk görüşü baş tutmamışdı.
Bu dəfəki görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrini daha dəqiq yerinə yetirmiş Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub.
FİFA Series-2026
30 mart
Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)
Qollar: Rahil Məmmədov, 72 – Daniel Kanu, 28.
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Azərbaycan: 12. Aydın Bayramov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Aleksey İsayev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 11. Xəyal Əliyev, 16. Anatoli Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 19. Rüstəm Əhmədzadə, 20. Rəhim Sadıxov, 24. Rüfət Əhmədzadə, 25. Rzayev, 26. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Syerra Leone: 25. Jallo, 4. Kabia, 5. Turay, 9. Bakayoko, 11. Kaikai (k), 13. Kabia, 14. Kanu, 15. Kanu, 16. Kallon, 21. Bah, 22. Konte.
Ehtiyat oyunçular: 1. Sesay, 23. Koroma, 2. Fornah, 7. Que, 8. Koroma, 12. Jallo, 17. Qandi, 18. Taravelli, 19. Samadia, 24. Kamara.
Baş məşqçi: Məhəmməd Kallon.
