AZ

"ABŞ dəstəyi İsrailin siyasətini gücləndirir" – Azad Məsiyev

"İsrail dövləti yaranandan müxtəlif dövrlərdə, müxtəlif bəhanələrlə İsrail dövləti öz ərazisini genişləndirməkdədir. Faktiki olaraq indiki İsrail ərazisi Fələstin torpaqları hesabına genişlənibdir. Ümum dünya üzrə Yəhudi lobbisinin və İsrail dövlətinin belə bir qərarı var: Yaxın Şərqdə böyük bir Yəhudi dövləti yaratmaq. Bu yaxınlarda da İsrailin baş naziri toplantıların birində tarixi sənədə istinad edərək bəyanat səsləndirib. Bu nə deməkdir? Bu, Yaxın Şərqdə böyük bir Yəhudi dövləti yaratmaq. Yəhudi dövlətini və İsrail dövlətini yaratmaq üçün mütləq şəkildə İsrail müxtəlif dövrlərdə qonşuların ərazisini işğal edir. İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu strategiya zaman-zaman həyata keçirilməkdədir. Adını terrora, mübarizə, özünümüdafiə versiyası yaratmaq adı altında zaman-zaman qonşu dövlətlərin ərazilərini işğal etməkdədir. Suriyada olan yüksəklikləri ələ keçirməklə, indi də Liviyada və digər bölgələrdə bu problemlər yaşanmaqdadır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Livan sərhədi boyunca gərginliyin artdığı bir vaxtda, İsrail hökumətinin cənub bölgəsində təhlükəsizlik bufer zonasını genişləndirməsi Yaxın Şərqdə hərbi-siyasi vəziyyəti daha da kəskinləşdirə bilər. Bu qərarın İsrail–Livan münasibətlərinə təsiri və regiondakı güc balansını necə dəyişəcəyi, eləcə də Hizbullah faktorunun proseslərə mümkün təsiri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Siyasi şərhçi qeyd edib ki, İsrail dövləti beynəlxalq hüquqa əməl etmir və qonşularla dinc yanaşı yaşamaq prinsipinə riayət etmir.

Seçilən
14
aznews.az

1Mənbələr