Məşhur odessalı aktyor, “Maski-şou”nun ulduzu Vladimir Komarov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Maski” Teatrı məlumat yayıb.
Bildirilib ki, aktyor ötən gün ürək çatışmazlığından vəfat edib. Onun 62 yaşı var idi.
Qeyd edək ki, Vladimir Komarov 1964-cü ildə Ukraynanın Kirovoqrad vilayətində anadan olub, sonradan Odessaya köçüb.
“Maski” kollektivinin tanınmış aktyorlarından biri olub, daha sonra “Odekolon” duetini və “Dr. BrMental” qrupunu yaradıb.
Həmçinin bir neçə filmdə də rol alıb. Son illərdə ekskursiyalar təşkil edir və səhnədən kənar yaradıcılıqla məşğul olurdu.
Bizim.Media