AZ

Umaralinin millisi qələbə qazandı

"Sabah"ın futbolçusu Umarali Raxmonaliyevin dəvət aldığı Özbəkistan yığması FİFA Seriyası çərçivəsində Venesuela milli komandası ilə üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Qalibin adı penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Özbəkistan yığması 5:4 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Umarali Raxmonaliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.

Xatırladaq ki, Özbəkistan yığması martın 27-də Qabon millisi ilə üzləşib və rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Seçilən
33
2
football-plus.az

3Mənbələr