Xocalı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı ANAMA əməkdaşı Elnur Rüstəmovun idarə etdiyi yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü hadisə yerində həyatını itirib.
Elnur Rüstəmov əslən Füzuli rayon sakinidir və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) sürücü vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ANAMA da onun ölümü ilə bağlı məlumat yayıb.