Xocalıda ANAMA-nın əməkdaşı ÖLDÜ
Ajans.az xəbər verir ki, Füzuli rayon sakini Elnur Rüstəmovun idarə etdiyi yük maşını rayon ərazisində yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü gadisə yerində ölüb. Məlumata görə, qəzada ölən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı olub. ANAMA bununla bağlı sosial şəbəkədə başsağlığı verib. Fakt araşdırılır.